Qazaxda fərdi yaşayış evində partlayış baş verib.
Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.
İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.
Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 19:30 radələrində 1 qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiyya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olaraq qiymətləndirilir”.
Bakı 




