q
  • Bakı 24° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Vado Korovinin kürəkəni işdən çıxarılmayıb

MEDİA

13 May 2026 | 10:54

Vado Korovinin kürəkəni işdən çıxarılmayıb

"İşdən çıxarılmağım, kollektivlə sağollaşmağım barədə xəbərlər doğru deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Bakupost"a "Space"nin icraçı direktoru Nəriman Əbdüləliyev deyib.

"Space" televiziyasının keçmiş direktoru Vado Korovinin kürəkəni olan və bir müddət kanal rəhbəri vəzifəsini icra etmiş N.Əbdüləliyev bu barədə məlumat yayılmamasını xahiş edib:

"Bu barədə heç nə yaymayın. Yoxsa bunu hüquq müstəvisində həll edəcəyəm. Hələ dəqiq heç nə yoxdur. Kanalda qalmağım və ya işdən getməyim barədə ilk məlumatı sizə verəcəyəm".

Qeyd edək ki, sosial şəbəkələrdə Nəriman Əbdüləliyevin "Space" televiziyasındakı vəzifəsindən ayrıldığı, kollektivlə vidalaşdığı barədə məlumatlar paylaşılıb.

Onu da bildirək ki, bir neçə gün əvvəl Ayaz Mustafayev "Space" televiziyasının yeni baş direktoru təyin olunub. O, telekanalın keçmiş rəhbəri Vado Korovinin qızı, Nəriman Əbdüləliyevin həyat yoldaşı Zemfira Korovinanı işdən azad edib.


SON XƏBƏRLƏR

12 May 2026