• Bakı 23° C

    6.99 m/s

Yaponiyada atletika çempionatı zamanı 28 nəfər zəhərləndi

DÜNYA

12 Sentyabr 2026 | 22:35 | Müəllif: Günəş Mərd

Yaponiyada atletika çempionatı zamanı 28 nəfər zəhərləndi

Yaponiyanın Kioto şəhərində keçirilən yerli atletika çempionatı zamanı azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

    Xəstəxanaya yerləşdirilənlərin hamısının yarışın təşkilində iştirak edən şəxslər və texniki heyətin üzvləri olduğu bildirilir.

    İlkin məlumata görə, onların nahar qutularında təqdim olunan yeməklərdən zəhərləndikləri ehtimal olunur.

    Hadisənin idmançılar və tamaşaçılar arasında kütləvi zəhərlənməyə səbəb olmadığı vurğulanıb. 


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026