• Bakı 16° C

    2.64 m/s

Yaponiya ABŞ-yə 36 milyard dollarlıq investisiya yatıracaq

DÜNYA

18 Fevral 2026 | 08:13 | Müəllif: Ayyət Əhməd

Yaponiya ABŞ-yə 36 milyard dollarlıq investisiya yatıracaq

"2025-ci ilin iyul ayında Tokio və Vaşinqton arasında imzalanan ticarət müqaviləsi ABŞ üçün bəhrəsini verməyə başlayır".

Bakıvaxtı.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Yaponiya investisiyalarından faydalanacaq ilk layihələr reallaşdırılmağa başlanacaq:

"Bu, ABŞ və Yaponiya üçün çox həyəcanverici və tarixi bir zamandır", - Tramp bildirib.

"X" platformasında dərc olunmuş açıqlamada isə ABŞ-nin ticarət katibi Hovard Lutnik yazıb:

"Bu layihələr iqtisadiyyatımıza 36 milyard dollarlıq öhdəlik bəxş edir".

O, Texasdakı dərinsulu neft terminalının 20-30 milyard dollar dəyərində xam neft  ixracına imkan verməli olduğunu vurğulayıb.

Aydın Baxış 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026