• Bakı 12° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

XİN-dən Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı BƏYANAT

SİYASƏT

08 Aprel 2026 | 08:25

XİN-dən Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı BƏYANAT

Xarici İşlər Nazirliyi Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bəyanatda deyilir:

    “Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban faciəsindən 34 il ötür.

    1992-ci ildə Kəlbəcərin 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı dəstələri tərəfindən tamamilə dağıdılıb və yaşayış məntəqəsi tamamilə viran qalıb.

    Cəmi 779 mülki şəxs ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə müstəsna qəddarlıqla vəhşicəsinə qətlə yetirilib.

    Bu faciə tarixdə Azərbaycan xalqına qarşı törədilən ağır cinayətlərin ağrılı nümunələrindən biri kimi qalıb.

    Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!”


    SON XƏBƏRLƏR

    07 Aprel 2026