q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Ukraynada son 250 ilin ən aşağı doğumu qeydə alındı

DÜNYA

22 Aprel 2026 | 10:57

Ukraynada son 250 ilin ən aşağı doğumu qeydə alındı

Ukrayna əhalisinin sayı 28-30 milyon arasındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutunun direktor müavini Oleksandr Qladun bildirib.

"Ukrayna hazırda təxminən 250 ilin ən aşağı doğum nisbətini yaşayır. Əgər müharibə yaxın illərdə başa çatarsa, Ukraynanın əhalisi 2050-ci ildə 23-25 ​​milyon olacaq",- deyə Oleksandr Qladun deyib.

O, əlavə edib ki, xüsusi hərbi əməliyyatların başlanğıcından bəri ölkəni təxminən 6 milyon insan tərk edib./Modern


SON XƏBƏRLƏR

21 Aprel 2026