• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

İran Hörmüz boğazı üçün yeni qayda HAZIRLAYIR

DÜNYA

21 May 2026 | 22:12

İran Hörmüz boğazı üçün yeni qayda HAZIRLAYIR

"İran Omanla birlikdə Hörmüz boğazı vasitəsilə dəniz hərəkəti üzərində nəzarəti rəsmiləşdirəcək daimi rüsumlar sisteminin yaradılması məsələsini müzakirə edir".

Bakıvaxtı.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

"İran və Oman həm təhlükəsizliyin təmin edilməsi, həm də gəmiçiliyin ən səmərəli şəkildə idarə olunması üçün bütün resursları səfərbər etməlidir", - deyə İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad agentliyə bildirib.

Diplomat boğazdan keçən xarici gəmilərdən rüsum alınmasının iqtisadi tərəfini əsaslandıraraq əlavə edib:

"Bu proses müəyyən xərclər tələb edəcək. Sözsüz ki, bu axından faydalanmaq istəyənlər də həmin xərclərdə öz paylarını ödəməli olacaqlar".


SON XƏBƏRLƏR