• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Şəhid atasının ürəyi dayandı - FOTO

CƏMİYYƏT

21 May 2026 | 14:00

Şəhid atasının ürəyi dayandı - FOTO

 

44 günlük Vətən müharibəsinin şəhidi Lətif Əliyevin atası Oruc Əliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

O.Əliyev 60 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Lətif Oruc oğlu Əliyev 1995-ci il avqustun 15-də Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. O, 2013-cü həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlayıb.

2020-ci il oktyabrın 27-də Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Lətif Əliyev Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Lətif Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR

20 May 2026