• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Parlamentari: Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri xüsusi diqqət çəkir

WUF13

21 May 2026 | 13:10

Parlamentari: Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri xüsusi diqqət çəkir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəmində rolunu daha da gücləndirib.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil edilən forum Bakıda 182 ölkədən on minlərlə iştirakçını bir araya gətirərək qlobal urbanizasiya məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrilib:

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər” mövzusuna həsr olunan tədbir Azərbaycanın həm təşkilatçılıq, həm də beynəlxalq əməkdaşlıq sahəsində artan nüfuzunu nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında Bakının artıq qlobal dialoq mərkəzinə çevrildiyini və ölkənin şəhərsalma təcrübəsinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini vurğulayıb".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın son illərdə ev sahibliyi etdiyi COP29 kimi iri beynəlxalq tədbirlər COP29 WUF13 ilə birlikdə ölkənin qlobal etimadını daha da möhkəmləndirib:

"Eyni zamanda, Ağdam, Zəngilan və Xankəndidə keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın post-münaqişə ərazilərində tətbiq etdiyi müasir urban modelin beynəlxalq təqdimatına çevrilib".

Deputat vurğulayıb ki, forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də xüsusi diqqət çəkir:

“Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın dayanıqlı şəhərsalma və müasir infrastruktur quruculuğu təcrübəsini dünyaya nümayiş etdirir. WUF13 Bakını yalnız ev sahibi deyil, həm də qlobal şəhərsalma və gələcək şəhərlərin planlaşdırılması üzrə əsas dialoq mərkəzlərindən biri kimi möhkəmləndirib".

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 May 2026