• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Yasda zəhərlənənlərin DURUMU

CƏMİYYƏT

21 May 2026 | 11:29

Yasda zəhərlənənlərin DURUMU

Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin vəziyyəti məlum olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"20 may tarixində saat 17 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

20 May 2026