• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Şagird kimi Qarabağdan çıxarılmışdı, müəllim kimi qayıtdı...

İDMAN

21 May 2026 | 08:57

Şagird kimi Qarabağdan çıxarılmışdı, müəllim kimi qayıtdı...

"Bir vaxtlar şagird kimi köçkün düşdüyüm kəndimə indi müəllimə kimi qayıdıram".

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, bunu Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Zərifə Məmmədova deyib.

O bildirib ki, öz doğma kəndində fəaliyyətini davam etdirəcək:

"Çox sevincliyəm, öz kəndimdə fəaliyyətimi davam etdirəcəyəm, şagirdlərimə təhsil verəcəyəm. Özüm ingilis dili müəllimiyəm. Allah cənab Prezidentimizi, xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin".


SON XƏBƏRLƏR

20 May 2026