Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 44-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.
00:16
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabda öndədirlər - 2:0.
Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.
XXX
19 iyun 23:50
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri fasiləyə üstün yollanıblar - 2:0.
Komanda birinci hissənin başa çatmasına az qalmış ikinci qolu vurub.
44-cü dəqiqədə Aleks Frimen ABŞ seçməsini fasiləyə 2:0 öndə yollayıb.
XXX
23:15
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyununda ilk qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri hesabı açıblar - 1:0.
11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub.
XXX
23:00
Futbol üzrə dünya çempionatının ABŞ - Avstraliya oyunu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, D qrupunun II turunun matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.
Bakı 



