• Bakı 27° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

TRT-nin serialından qovuldu

ŞOU

19 Iyun 2026 | 17:44

TRT-nin serialından qovuldu

Xəbər verdiyimiz kimi, TRT Tabii-nin "Ateş Denizi" serialının çəkiliş meydançasına polis basqın edərək aktyor Erdem Kaynarcanı saxlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, polis bölməsinə aparılan və test nümunələri götürüldükdən sonra sərbəst buraxılan Erdem ekran işinin aktyor heyətindən çıxarılıb.

Layihənin yayım şirkəti məsələ ilə bağlı açıqlama yayaraq yaşanan hadisə səbəbindən bu qərarı aldıqlarını bildirib. Həmçinin qeyd olunub ki, Erdemin çəkildiyi bütün səhnələr ləğv olunacaq ki, bu da yayım şirkətinə milyonlarla lirə zərər vurub.

Hazırda Erdemin yerinə yeni baş rol ifaçısı axtarılır.

Qərar sosial mediada geniş müzakirələrə səbəb olub və hələ test nəticələri bəlli olmayan aktyora qarşı atılan bu addım qınanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR