• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Qarabağda bərpa prosesi mənzil təminatı üzərində qurulur - Emin Hüseynov

WUF13

21 May 2026 | 09:57

Qarabağda bərpa prosesi mənzil təminatı üzərində qurulur - Emin Hüseynov

Azərbaycan üçün böhrandan sonrakı bərpa prosesi yalnız şəhərlərin deyil, insanların həyatının, icmaların və ümidlərin yenidən qurulması deməkdir. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil təminatı” adlı sessiyada Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış şəhər və kəndlər uzunmüddətli dayanıqlılıq, inklüzivlik və davamlı inkişaf prinsipləri əsasında yenidən qurulur:

“Mənzil təminatı bərpanın əsas elementi hesab olunur. Çünki təhlükəsiz evlər insanların ləyaqətini, sabitliyini və gələcəyə inamını bərpa edir. Ağdam, Füzuli və Xocalı rayonlarında yeni yaşayış məntəqələrinin, məktəblərin, səhiyyə obyektlər və ictimai xidmətlər yaradılır”.

Həmçinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları çərçivəsində yaşıl enerji, rəqəmsal idarəetmə və müasir infrastruktur həllərinin tətbiq olunduğu bildirilib. Günəş enerjisi sistemləri, fiber-optik internet, innovativ istilik sistemləri və enerji səmərəliliyinə əsaslanan yanaşmaların bərpa prosesinə daxil edildiyi diqqətə çatdırılıb.

Sonda qeyd olunub ki, uğurlu bərpa yalnız tikilən evlərin sayı ilə deyil, insanların özlərini həqiqətən yenidən evində hiss edib-etməməsi ilə ölçülür.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026