• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

WUF13-ün beşinci gününə start verilir

WUF13

21 May 2026 | 08:49

WUF13-ün beşinci gününə start verilir

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının beşinci gününə start verilir.

Bakıvaxtı.az xəbər verir ki, forum bu gün də işinə müzakirələrlə davam edəcək.

Gün ərzində "Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması: Dayanıqlı təcrübələr standartı", "Böhranların bərpası və yenidənqurma prosesində mənzilin mərkəzi rolu", "Mənzil maliyyələşdirilməsi üzrə yeni razılaşma", "Şəhərlər üçün iqlimə dayanıqlı təbiətəsaslı həllər (NbS) layihələri üzrə potensialın gücləndirilməsi" və başqa mövzularda müzakirələr aparılacaq.

Xatırladaq ki, işinə mayın 17-də başlayan forumun mayın 18-də rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.


SON XƏBƏRLƏR

20 May 2026