• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Hindistanda məşhur müğənninin meyiti kanaldan tapıldı

DÜNYA

21 May 2026 | 13:33

Hindistanda məşhur müğənninin meyiti kanaldan tapıldı

Hindistanın Pəncab əyalətində 29 yaşlı tanınmış müğənni Yaşinder Kaurun (daha çox İnder Kaur kimi tanınır - red.) meyiti itkin düşməsindən təxminən beş gün sonra Nilon kanalında aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Məlumata görə, sənətçi axşam saatlarında ərzaq almaq üçün "Ford Figo" markalı avtomobili ilə evdən çıxıb. O geri qayıtmayıb, mobil telefonu isə söndürülüb. Qohumları onun axtarışına başlayıb və polisə müraciət ediblər.

Qeyd olunur ki, müğənninin meyiti kanaldan çıxarılıb, avtomobili isə hadisə yerindən təxminən bir kilometr aralıda aşkar edilib. Məşhur musiqiçinin meyiti ekspertizanın aparılması üçün mülki xəstəxanaya göndərilib.

Yerli polis qətl faktı ilə bağlı istintaqa başlayıb, həmçinin qaçırılma və məcburi evlilik versiyaları da araşdırılır.


SON XƏBƏRLƏR

20 May 2026