• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

BMT rəsmisi: Yenidənqurma köhnə riskləri təkrarlamamalıdır

WUF13

21 May 2026 | 10:10

BMT rəsmisi: Yenidənqurma köhnə riskləri təkrarlamamalıdır

“Yenidənqurma prosesi sadəcə dağıdılmış əraziləri bərpa etməməli, daha təhlükəsiz və dayanıqlı icmalar yaratmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri BMT-nin Mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviria Betansur WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil təminatı” adlı sessiyada səsləndirib.

O bildirib ki, Suriya, Ukrayna, Qəzza, Haiti və digər bölgələrdə insan hüquqları pozuntuları və zorakılıqlar davam etdiyi halda yenidənqurma prosesinin necə həyata keçiriləcəyi ciddi sual doğurur.

Paula Qaviria Betansur qeyd edib ki, Türkiyədə baş verən zəlzələlərdən sonra şəhərlərin yenidən qurulması zamanı əsas məsələ yalnız binaları sürətlə tikmək deyil, gələcək riskləri azaltmaq və yeni məcburi köçkün dalğalarının qarşısını almaqdır.

Onun sözlərinə görə, uzun illərdir “daha yaxşı bərpa” anlayışından danışılır, lakin bir çox hallarda əvvəlki zəifliklər yenidən təkrarlanır:

“Bərpa prosesi böhrandan əvvəlki vəziyyəti sadəcə geri qaytarmamalı, insanların təhlükəsiz, inklüziv və ləyaqətli şəkildə yaşaya biləcəyi davamlı icmalar formalaşdırmalıdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026