• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Akif İslamzadənin səhhəti ilə bağlı yeni XƏBƏR

CƏMİYYƏT

21 May 2026 | 21:43

Akif İslamzadənin səhhəti ilə bağlı yeni XƏBƏR

Müğənni Akif İslamzadənin səhhəti normallaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya sənətçinin özü məlumat verib. O, artıq xəstəxanadan evə buraxıldığını açıqlayıb:

"Hazırda evimdə olsam da, müalicəm davam edir. Narahat olan dostlara deyirəm ki, hər şey yaxşıdır. Dostlar, tanışlar evdə də məni tək qoymurlar, gəlib baş çəkirlər".

Akif İslamzadə bütün dostlara təşəkkür edib.

Qeyd edək ki, bir neçə gün öncə müğənni Akif İslamzadənin səhhətində problemlər yaranıb. Həkimlər onun infarkt keçirdiyini vurğulayıb. Sənətçinin ürəyinə stend qoyulub.


SON XƏBƏRLƏR