Azərbaycanın hazırda sivilizasiyaların və xalqların qovuşduğu məkanda yerləşir və Cənubi Qafqazda əsas geostrateji mövqeyə malikdir.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Rumıniyanın Xarici İşlər Nazirliyinin (XİN) strateji məsələlər üzrə dövlət katibi - nazir müavini Ana Kristina Tinka Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbirdə deyib.
Cari ildə ikitərəfli əlaqələrin qurulmasının 35 illiyinin tamam olduğunu bildirən nazir müavini Qara dəniz-Xəzər multimodal nəqliyyat dəhlizi barədə sazişin ən qısa müddət ərzində imzalanacağına ümid etdiyini bildirib:
"Cənubi Qafqaz hazırkı beynəlxalq kontekstdə getdikcə artan əhəmiyyət kəsb edən bir bölgə və Azərbaycan bu regionun ən vacib dövlətidir".
A.Tinka 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb, sülh müqaviləsinin imzalanmasının isə regionun potensialının tam istifadəsinə yardım edəcəyini bildirib. Nazir müavini həmçinin Rumıniyanın Aİ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini dəstəklədiyini açıqlayıb.
Bakı 




