• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Sahibə Qafarova qırğızıstanlı həmkarı ilə görüşdü - FOTOLAR

SİYASƏT

21 May 2026 | 21:55

Sahibə Qafarova qırğızıstanlı həmkarı ilə görüşdü - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

S. Qafarova Marlen Mamataliyevi bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin müasir dövrdə də qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq ruhunda uğurlu inkişafından məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Qırğızıstan dövlət başçılarının qarşılıqlı səfərlərinin, yüksək səviyyədə görüşlərin dinamikasının və səmərəliliyinin ikitərəfli münasibətlərin möhkəmlənməsində və dərinləşməsində mühüm rolunu qeyd ediblər.

Söhbət zamanı Azərbaycan və Qırğız Respublikası arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də davam etdirildiyi vurğulanaraq qeyd olunub ki, ölkələr arasında münasibətlərin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər.

Görüşdə parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin və təmasların qanunverici orqanlar arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR