• Bakı 22° C

    2.99 m/s

Zelenski onun təklifinə belə cavab verdi - “Qabaqlayıcı zərbə vura bilərik”

DÜNYA

21 May 2026 | 20:07 | Müəllif: Subhan Mahmudov

Zelenski onun təklifinə belə cavab verdi - “Qabaqlayıcı zərbə vura bilərik”

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun görüş təklifinə cavab olaraq rəsmi Kiyevin Belarusa qarşı qabaqlayıcı zərbə endirmək imkanlarının olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə öz teleqram kanalında paylaşım edib.

Zelenski potensial təhlükə mənbələrinə qarşı hərəkətə keçə biləcəklərini vurğulayıb:

“Bizim həm Rusiya ərazilərinə qarşı – haradan ki təhlükə gələ bilər – həm də Belarusun faktiki rəhbərliyinə qarşı qabaqlayıcı şəkildə işləmək imkanımız var”.

Xatırladaq ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı danışmaq istəyəcəyi təqdirdə onu dinləməyə hazır olduğunu bəyan etmişdi. O, Belarus-Ukrayna münasibətlərindəki problemləri müzakirə etməyə açıq olduğunu bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026