• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Misirdə böyük neft-qaz yatağı tapılıb

İQTİSADİYYAT

21 May 2026 | 20:20

Misirdə böyük neft-qaz yatağı tapılıb

Misirdə Qərbi Səhrada böyük neft-qaz yatağı aşkar edilib. Bu, 15 il ərzində tapılan ən böyük yataqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Misirin Neft və Mineral Sərvətlər Nazirliyinin bəyanatında qeyd olunub.

Nazirliyin yaydığı məlumata görə, ilkin hesablamalara əsasən, yeni yatağın ehtiyatları təxminən 330 milyard kubfut təbii qaz, 10 milyon barel kondensat və xam neft olmaqla, ümumilikdə, 70 milyon barel neft ekvivalenti həcmində qiymətləndirilir.

Yeni yataq Misir Dövlət Neft Korporasiyası ilə İtaliyanın “Eni” şirkətinin birgə investisiya qurumu olan “Agiba Petroleum” tərəfindən aşkarlanıb.


SON XƏBƏRLƏR