• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Bakı–Tbilisi–Bakı qatarına bilet satışı başladı, ilk sərnişin o oldu - VİDEO

CƏMİYYƏT

21 May 2026 | 23:39

Bakı–Tbilisi–Bakı qatarına bilet satışı başladı, ilk sərnişin o oldu - VİDEO

Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından almaq mümükündür.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. İlk qatar mayın 25-də saat 23:10-da Bakıdan yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar hər gün saat 21:00-da Tbilisidən çıxaraq saat 06:24-də Bakıya gələcək.

 


SON XƏBƏRLƏR

21 May 2026