• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tələbələr üçün kirayə mənzil qiyməti  bahalaşdı - VİDEO

CƏMİYYƏT

03 Sentyabr 2026 | 00:52 | Müəllif: Subhan Mahmudov

Tələbələr üçün kirayə mənzil qiyməti bahalaşdı - VİDEO

Bölgələrdə kirayə bazarında qiymətlər cib yandırır. Yeni dərs ili öncəsi Gəncənin əmlak bazarında da canlanma müşahidə olunur. Tələbələrin kirayə mənzil axtarışına başlaması bu sahədə tələbatı artırıb.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, rieltorların sözlərinə görə, şəhərdə kirayə mənzil raxtaran oğlan tələbələr ev tapmaqda qız tələbələrlə müqayisədə daha çox çətinlik çəkirlər.

Ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə bir universitet və iki kollec fəaliyyət göstərdiyindən, müxtəlif bölgələrdən bura üz tutan tələbələrin sayı da ilbəil artır. Hazırda tələbələr əsasən təhsil aldıqları müəssisələrə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər. qiymətlərdə isə artım var.

Mingəçevirdə də oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Rieltorların sözlərinə görə, mənzil sahibləri evin səliqəli saxlanılması baxımından qız tələbələrə üstünlük verirlər. Onların sözlərinə görə, ötən il bir tələbə üçün kirayə haqqı 70-80 manat olduğu halda, bu il bu məbləğ 100 manata yüksəlib.

Lənkəranda isə tələbələr əsasən kommunal xərclərin yüksək olması səbəbindən həyət evlərinə üstünlük vermirlər. Rieltor bildirirlər ki, hər il olduğu kimi, bu il də bina evlərinə tələbatın artması kirayə qiymətlərinə təsir edib.

Daha ətraflı videomaterialı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026