• Bakı 13° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu

CƏMİYYƏT

16 Aprel 2026 | 14:47

Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu

Sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilənə hökm oxunub, o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 28 avqust 2025-ci il tarixdə saat 23 radələrində Rəhim Məhərrəmovla Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən "Çinar" kafesində ofisiant işləyən Rüxsanə Faxriddin qızı Bağırovanın arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman Rəhim sevgilisinin təhqirlərindən və əl zərbələrindən hiddətlənərək, üzərində gəzdirdiyi bıçaqla Rüxsanə Bağırovaya zərbələr endirib.

Təqsirləndirilən şəxs xanıma ümumilikdə 6 bıçaq zərbəsi vurub. O, əməlini davam etdirərkən həmin vaxt kafeyə daxil olan anası Yeganə Məhərrəmova və kafenin işçisi Rəna Səlimova ona mane olublar.

Rüxsanə Bağırova vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

Rəhim Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb./Oxu.Az


SON XƏBƏRLƏR