AZCON Holdinq şirkətlərindən olan "Azərpoçt" MMC-də Layihə portfelinin idarə edilməsi ofisinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəzrin Manaflı-Dadaşova vəzifəsindən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Holdinqin tabeliyindəki digər bir şirkət olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) təlim və inkişaf üzrə koordinator vəzifəsinə təyin edilib.
Qeyd edək ki, N.Manaflı əmək fəaliyyətinə 2019-cu ildə "Azərpoçt"da başlayıb və bu illər ərzində qurumda müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, bu il "Azərpoçt"un sədri dəyişib. Belə ki, qurumun İdarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev sədr təyin edilib. Bundan sonra "Azərpoçt"da çalışan bir sıra şəxslərin öz vəzifələrindən ayrılaraq ASCO-da yeni vəzifələrə üz tutması müşahidə edilir. Xatırladaq ki, hazırda ASCO-nun İdarə heyətinin sədri 2021-2023-cü illərdə "Azərpoçt"un sədri olmuş Əfqan Cəlilovdur./Plat.az/
















