• Bakı 20° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

SİYASƏT

15 Oktyabr 2026 | 16:02 | Müəllif: Əli Hüseynov

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu, prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışında reallaşıb.

    Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Samruk-Kazına” Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə “Samruk-Kazına” SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə ediblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Oktyabr 2026