• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Bu avtobuslardan istifadə edənlərin DİQQƏTİNƏ!

CƏMİYYƏT

15 Oktyabr 2026 | 17:23 | Müəllif: Əli Hüseynov

Bu avtobuslardan istifadə edənlərin DİQQƏTİNƏ!

Binəqədi şosesinin bir hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, məhdudiyyət oktyabrın 16-sı saat 23:00-dan etibarən Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsini əhatə edəcək.

Məhdudiyyətlə əlaqədar 8 müntəzəm marşrutun – 100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli avtobusların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutlar metronun “Azadlıq prospekti” stansiyası istiqamətində və əks istiqamətdə Binəqazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, eləcə də Binəqədi şosesi ilə hərəkət edəcək. Daha sonra avtobuslar mövcud hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirəcəklər.

108A və 147 nömrəli marşrutların metronun “Azadlıq prospekti” stansiyası istiqamətində hərəkəti isə 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, həmçinin Çingiz Aytmatov küçəsi ilə təşkil olunacaq.

Əks istiqamətdə həmin marşrutlar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri ilə hərəkət edəcək. Daha sonra avtobuslar mövcud marşrut sxemlərinə qayıdacaqlar.

Sərnişinlərə səfərlərini planlaşdırarkən müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR