• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Şavkat Mirziyoyev: Azərbaycanın sədrliyi sayəsində AQEM daha məzmunlu və səmərəli olub

SİYASƏT

15 Oktyabr 2026 | 13:04 | Müəllif: Əli Hüseynov

Şavkat Mirziyoyev: Azərbaycanın sədrliyi sayəsində AQEM daha məzmunlu və səmərəli olub

Azərbaycanın sədrliyi sayəsində AQEM çərçivəsində dialoqumuz daha məzmunlu və səmərəli olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

    O bildirib ki, müasir dövrdə baş verən dəyişikliklər yeni təhdidlər yaradır və onların aradan qaldırılması sıx əməkdaşlıq və birgə həll yolları tələb edir.

    Prezident Yaxın Şərqdəki qarşıdurmanı və Qəzzadakı humanitar vəziyyəti diqqətlə izlədiklərini vurğulayıb, regionda sülh və sabitliyin tezliklə bərpa olunmasına çağırıb.

    “Dialoq zəiflədikdə yanlış qərarların qəbul edilməsi riski artır. Ziddiyyətlərin silahlı qarşıdurmalara çevrilməsinin qarşısını almaq vacibdir. AQEM-in xüsusi rolunu məhz bunda görürük”, – o bildirib.

    Mirziyoyevin sözlərinə görə, təşkilatın əsas məqsədi Asiyada hərtərəfli etimad infrastrukturunun formalaşdırılması olmalıdır.

    “Bu, aydın və proqnozlaşdırıla bilən addımlara, eləcə də götürülmüş öhdəliklərin yerinə yetirilməsinə əsaslanan davamlı münasibətlər sisteminin yaradılmasını nəzərdə tutur. Bu, münaqişələrin vaxtında qarşısını almağa və qarşılıqlı məqbul həll yolları tapmağa imkan verəcək”, – Özbəkistan Prezidenti qeyd edib.

    O, bu məqsədlə Asiyada etimad infrastrukturunun formalaşdırılması konsepsiyasının hazırlanmasını təklif edib. Bildirib ki, konsepsiyada AQEM-in inkişafının əsas istiqamətləri müəyyənləşdirilməli, dövlətlər arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün konkret tədbirlər nəzərdə tutulmalıdır.

    Prezident birgə nəqliyyat və enerji layihələrinin, ticarət və rəqəmsal əlaqələrin inkişafının, mədəni və humanitar mübadilənin əhəmiyyətini vurğulayıb.

    Mirziyoyev texnologiyaların sürətli inkişafı və iqlim dəyişikliyinin də ölkələr qarşısında yeni vəzifələr qoyduğunu bildirib.

    “Süni intellekt gündəlik həyatımızı sürətlə dəyişir. O, geniş imkanlar açmaqla yanaşı, ciddi risklər də yaradır. Rəqəmsal tərəqqinin bütün ölkələrə fayda verməsi və texnoloji inkişaf səviyyəsindəki fərqlərin azalması üçün əlimizdən gələni etməliyik”, – deyə o vurğulayıb.

    Bu məqsədlə Özbəkistan Prezidenti texnoloji etimad və süni intellektdən məsuliyyətli istifadə üzrə Asiya təşəbbüsünü irəli sürüb. Onun sözlərinə görə, təşəbbüsün inkişaf etdirilməsi üçün AQEM çərçivəsində ekspert platformasının yaradılması məqsədəuyğundur. Bu platformada üzv ölkələrin mütəxəssisləri ümumi tövsiyələr hazırlaya və praktiki tədbirləri razılaşdıra bilərlər.

    Mirziyoyev, həmçinin iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində dövlətlərin səylərinin birləşdirilməsini təklif edib.

    O, bu sahədə iqlim dayanıqlılığı üzrə tərəfdaşlığın yaradılmasını irəli sürərək suya qənaət edən texnologiyaların tətbiqini, yaşıl enerjinin inkişafını və ətraf mühitin vəziyyətinin daimi monitorinqinin təşkilini vacib sayıb.

    Özbəkistan Prezidenti qeyd edib ki, bu cür təşəbbüslər mümkün riskləri azaltmağa və təbii resursları gələcək nəsillər üçün qorumağa kömək edə bilər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR