Məşhur fotoqraf Cəlal Kəngərli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qonağı olub.
Bakıvaxtı.az xəbər verir ki, fotoqraf məktəblilərin gündəlik həyatını, dərs prosesini və məktəb mühitini öz obyektivindən lentə alıb.
Məktəbdə keçirilən çəkilişlər şagirdlərin bir gününü fərqli rakursdan əks etdirib. Cəlal Kəngərlinin obyektivində məktəb həyatı, sinif otaqlarındakı anlar və təhsil mühitinin özünəməxsus atmosferi canlanıb.
Bu cür fotolar məktəb illərinin unudulmaz anlarını qorumaqla yanaşı, təhsil həyatının gündəlik mənzərəsini də yaddaşlara həkk edir.





























