• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib

HADİSƏ

15 Oktyabr 2026 | 15:36 | Müəllif: Əli Hüseynov

Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib

Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib.

Bakıvaxtı.az-ın məlumatına görə, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.

    TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Xəstəxanada pasiyentlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub.

    Vəziyyətləri stabil qiymətləndirilən hər üç pasiyent ambulator müalicə üçün artıq evə buraxılıb.

    Məlumata görə, kənd sakinləri son günlər vəhşi heyvanların yaşayış məntəqəsinə tez-tez daxil olmasından narahatdırlar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR