• Bakı 18° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Birbank Invest tətbiqi üzərindən istiqrazlarına abunə yazılışı keçirilir

İQTİSADİYYAT

15 Oktyabr 2026 | 14:45 | Müəllif: Əli Hüseynov

Birbank Invest tətbiqi üzərindən istiqrazlarına abunə yazılışı keçirilir

14–27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi üzərindən “EmbaFinans” BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir. 

Bakıvaxtı.az xəbər verir ki, istiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin edilməmiş formada buraxılır. 

Abunə yazılışı müddətində istifadəçilər Birbank Invest tətbiqi vasitəsilə “EmbaFinans” BOKT QSC-nin  istiqrazlarını əldə etmək üçün müraciət edə bilərlər. 

Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026