• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

MƏDƏNİYYƏT

15 Oktyabr 2026 | 16:10 | Müəllif: Əli Hüseynov

“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

“44” bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. 

Bakıvaxtı.az xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Musiqinin ilkin yazısı ABŞ-ın “New York Production Studios” studiyasında aparılıb. Daha sonra əsərlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında lentə alınıb. Filmin musiqisinin yekun miksinq və masterinq işləri isə Böyük Britaniyanın məşhur “AIR Studios” studiyasında həyata keçirilib.

Filmin musiqi tərtibatı üzrə işlərin ümumi həcmi 394 saat təşkil edib. Bunun 202 saatı studiya yazılışına, 192 saatı isə onun işlənilməsinə sərf olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR