• Bakı 19° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib

DÜNYA

15 Oktyabr 2026 | 17:10 | Müəllif: Əli Hüseynov

Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib

Gürcüstanın 9 müxalifət partiyasının təmsil olunduğu alyans oktyabrın 25-dən etibarən genişmiqyaslı etiraz kampaniyasına başlayacaq.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Müxalifətin alyansı”nın üzvləri brifinqdə bildiriblər.

    Aksiyalarda Gürcüstanın Konstitusiya Məhkəməsində müxalifət partiyalarının ləğvi ilə bağlı iddiaya baxılmasına etiraz bildiriləcək.

    İlk aksiya Tbilisidə keçiriləcək. Mitinqlər Batumidə Konstitusiya Məhkəməsinin binası qarşısında da təşkil olunacaq.

    Etiraz kampaniyasına noyabrın 28-də Tbilisidə yekun vurulacaq.

    Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə parlamentinin 88 deputatının müxalifət partiyalarının ləğvi ilə bağlı iddiasını nəzərdən keçirməyə başlayıb. Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo - Güclü Gürcüstan”, “Federalistlər” və “Qaxariya Gürcüstan naminə” partiyalarının ölkə Konstitusiyasına zidd elan edilməsinin tələb olunduğu iddiaya növbəti həftə keçiriləcək iclaslarda baxılacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR