• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Kobaxidze Ermənistana getdi

SİYASƏT

15 Oktyabr 2026 | 17:15 | Müəllif: Əli Hüseynov

Kobaxidze Ermənistana getdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana səfər edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.

    Məlumata əsasən, hökumət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti ilə 15-16 oktyabr tarixində İrəvanda keçiriləcək BMT-nin Biomüxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında iştirak edəcək.

    İrakli Kobaxidze konfrans çərçivəsində nəzərdə tutulan Liderlər Sammitində çıxış edəcək, həmçinin rəsmi açılış mərasiminə qatılacaq.

    Baş naziri səfərdə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti müşayiət edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR