• Bakı 18° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Hicab məsələsini bəhanə edərək bunu edirlər - Fazil Mustafa

CƏMİYYƏT

15 Oktyabr 2026 | 16:31 | Müəllif: Günəş Mərd

Hicab məsələsini bəhanə edərək bunu edirlər - Fazil Mustafa

Millət vəkili Fazil Mustafa son dövrlər hicab məsələsi ətrafında həm ölkə xaricində, həm də daxilində aparılan təxribat xarakterli çağırışlar və qaralama kampaniyalarına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkədə yazıb.  

O vurğulayıb ki, bu kimi addımlar birbaşa Azərbaycan dövlətinin ali maraqlarına qarşı yönəlib:

“Son vaxtlar hicab məsələsini bəhanə edərək Azərbaycana qarşı həm xaricdə, həm də daxildə məqsədyönlü təxribat xarakterli çağırışlar və qaralama kampaniyaları həyata keçirilir. Böyük Quruluş Partiyasının sədri olaraq bu kampaniyanın birbaşa Azərbaycan dövlətinin maraqlarına qarşı yönəldiyini qeyd edirəm və bu prosesə qoşulmuş bütün şəxsləri və qurumları bədxah davranışlardan çəkinməyə çağırıram”.

İllərdir dini cəhalətə və xurafata qarşı mübarizə apardığını xatırladan F. Mustafa cəmiyyətdə insanların sağlam dini inanclarına və dəyərlərinə sahib olmasının zəruriliyini də qeyd edib. O, Nazirlər Kabinetinin təhsil sistemində geyim qaydaları ilə bağlı qərarını dəstəklədiyini bildirib:

“Nazirlər Kabinetinin təhsil sistemimizdə vahid geyim qaydalarının tənzimlənməsi barədə qərarı Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq təhsil sistemimizdə dünyəvilik prinsipinin qorunmasını, dövlət və din münasibətlərinin sağlam zəmində tənzimlənməsini özündə ehtiva edir və bu qərarı birmənalı şəkildə dəstəkləyirəm”

Millət vəkili sonda hər bir Azərbaycan vətəndaşını dövlətçilik mövqeyindən çıxış etməyə səsləyib:

“Öz milli dövlətinə və milli dəyərlərinə sadiq olan hər bir Azərbaycan vətəndaşını dövlətimizin və xalqımızın ali maraqlarını qətiyyətlə qorumağa çağırıram".

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026