ABŞ-nin Rod-Aylend ştatının sakini Ron Uolles 1,4 tondan çox ağırlığında balqabaq yetişdirərək dünya rekorduna imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, Uolles bu nəticə ilə britaniyalı İan Peytonu geridə qoyub. Peyton oktyabrın əvvəlində təxminən 1,3 ton ağırlığında balqabaq yetişdirərək rekord qırmışdı.
Ron Uolles bildirib ki, onun yetişdirdiyi nəhəng balqabaqdan 3000-dən çox bayram piroqu hazırlamaq mümkündür. O, bunun ilk rekordu olmadığını, balqabaqlarının 2006 və 2012-ci illərdə də ən böyük balqabaq kimi tanındığını qeyd edib.
Uolles gələn il fasilə verməyi planlaşdırsa da, gələcəkdə yeni rekordlar qırmaq niyyətində olduğunu bildirib.
Murad İsmayıl

















