Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi üçün bazarda islahatların aparılması məqsədi ilə normativ hüquqi akt layihələri hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihələr aidiyyəti dövlət orqanlarına göndərilib.
















