• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Maaşı gecikənlərə kredit ödənişləri ilə bağlı MÜJDƏ 

CƏMİYYƏT

15 Oktyabr 2026 | 11:11 | Müəllif: Günəş Mərd

Maaşı gecikənlərə kredit ödənişləri ilə bağlı MÜJDƏ

Əməkhaqqının vaxtında ödənilməməsi işçilərin həm maddi vəziyyətinə, həm də sosial rifahına birbaşa təsir göstərir. Bəzi hallarda işəgötürənlər müxtəlif səbəblərdən əməkhaqqını gecikdirir, işçilər isə hüquqlarının pozulmasına baxmayaraq, hansı addımları atmalı olduqlarını və hara müraciət edə biləcəklərini bilmirlər.

Hüquqşünas Əkrəm Həsənov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əməkhaqqı gecikdirildikdə işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilər.

Müvafiq qurum işəgötürəndən əməkhaqqının ödənilməsini tələb edə, qanun pozuntusuna görə isə qanunvericiliyə uyğun tədbirlər görə bilər.

"İşçinin məhkəməyə müraciət etmək hüququ da var. Bu zaman o, gecikdirilmiş əməkhaqqının ödənilməsini, eləcə də maaşın gecikməsi nəticəsində yaranmış maddi zərərin əvəzinin qarşılanmasını tələb edə bilər. Məsələn, əməkhaqqını vaxtında almadığı üçün kredit ödənişini gecikdirən və cərimə ilə üzləşən işçi həmin zərərin ödənilməsini tələb edə bilər".

Hüquqşünas Əkrəm Həsənov

O qeyd edib ki, işçi mənəvi zərərə məruz qaldığını hesab edirsə, məhkəmə qaydasında onun əvəzinin ödənilməsini də tələb edə bilər.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR