• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi - İlham Əliyev

SİYASƏT

15 Oktyabr 2026 | 13:37 | Müəllif: Əli Hüseynov

Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi - İlham Əliyev

Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri Azərbaycan məhkəməsi qarşısına gətirildi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Azərbaycan lideri bəyan edib ki, bu, mahiyyət və formasına görə Nürnberq tribunalının analoqu idi:

"Yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdur. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur".

Prezident bildirib ki, işğalın, eləcə də Azərbaycan xalqının tarixi qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlar Zəfər Parkını, Zəfər Muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR