• Bakı 18° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb

CƏMİYYƏT

15 Oktyabr 2026 | 14:06 | Müəllif: Əli Hüseynov

DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 14-də Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüsünü yayıb.

BDYPİ-dən Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

    İlkin məlumata görə, yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

    "Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır", məlumatda deyilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Oktyabr 2026