• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Laos prezidenti Azərbaycanın regional rolundan danışdı

SİYASƏT

15 Oktyabr 2026 | 13:50 | Müəllif: Əli Hüseynov

Laos prezidenti Azərbaycanın regional rolundan danışdı

"Laosun AQEM-ə üzv qəbul olunması ölkə üçün dönüş nöqtələrindən biridir".

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bunu Laos Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

O, ölkəsinin AQEM-in işinə töhfə verməyə hazır olduğunu bəyan edib:

"Bu, bizim üçün dönəm nöqtələrindən biridir. AQEM-i əməkdaşlıq platforması kimi görürük və təşkilatın işinə, dünyada uzunmüddətli sülhün qorunmasına töhfə verməyə hazırıq. AQEM-ə üzvlük bizim üçün böyük məsuliyyət yaradır. Sülh, dostluq və əməkdaşlıq prinsiplərinə sadiq qalacağımıza söz veririk".

Laos prezidenti çıxışında Azərbaycanı təhlükəsiz dəhliz olaraq gördüklərini də vurğulayıb: "Bölgə ölkələrinin, təşkilata üzv dövlətlərin dayanıqlı inkişafı üçün əlaqələrimizin genişlənməsi vacibdir. Biz AQEM-in prinsiplərinə xidmət etməyə hazırıq".

Taqlar:Laos

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR