• Bakı 20° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Navai həbs edildi

ŞOU

15 Oktyabr 2026 | 13:01 | Müəllif: Əli Hüseynov

Navai həbs edildi

Tanınmış azərbaycanəsilli Rusiya repçisi Navai (əsl adı - Nəvai Bəhmən oğlu Bəkirov) iki ay müddətinə həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, musiqiçi Qazaxıstanda narkotik qaçaqmalçılığı işi üzrə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 14-də Qırğızıstandan Qazaxıstana giriş zamanı Navaidə narkotik vasitə aşkarlayıblar. Onun Astanada konsert proqramı ilə çıxış etməsi planlaşdırılırdı. Xidməti it qadağan olunmuş maddələri sənətçidən başqa sürücü də daxil olmaqla daha üç nəfərin olduğu avtomobildə tapıb. Dindirmə zamanı Navai narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.

"SHOT" "Telegram" kanalı məlumat yayıb ki, Bəkirovla avtomobildə olan daha iki nəfər onunla birlikdə saxlanılıb. Hazırda onlar sərbəst buraxılıblar.

Məlumata əsasən, həbs edilən zaman sənətçi "Mercedes-Benz" markalı avtomobili idarə edirmiş. Navai narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etdiyinə görə Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bu bənd üzrə cəza sürücülük hüququndan yeddi il müddətinə məhrum edilməni və 15 sutka inzibati həbsi nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR