• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

    DÜNYA

    15 Oktyabr 2026 | 15:30 | Müəllif: Əli Hüseynov

    Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

    Macarıstanın paytaxtı Budapeştdəki iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, “Daily News Hungary” nəşrinin məlumatına görə, Kontyfa ibtidai və orta məktəbi, eləcə də Peştuyhey ibtidai məktəbi təhdid məktubları alıb. Məktublar yerli polis bölməsinə də göndərilib.

    Oktyabrın 15-də səhər saatlarında polis əməkdaşları hər iki məktəbin binalarında axtarışlara başlayıblar. Şagirdlərin və məktəb əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Uşaqlar Peştuyhey İcma Mərkəzinə və Hartyan ibtidai məktəbinə yerləşdiriliblər.

    Kontyfa məktəbinin rəhbərliyi valideynlərə müraciət edərək, mümkün olduğu təqdirdə, uşaqları məktəbə gətirməməyi xahiş edib. Məktəbdə nəzarət altında olan şagirdlərin valideynlərindən onları götürmələri istənilib.

    Hədələrin məzmunu və polis axtarışlarının nəticələri barədə əlavə məlumat açıqlanmayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR