• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Ermənistan-Türkiyə biznes forumu keçiriləcək - Mirzoyan

SİYASƏT

15 Oktyabr 2026 | 16:45 | Müəllif: Əli Hüseynov

Ermənistan-Türkiyə biznes forumu keçiriləcək - Mirzoyan

Ermənistanda Türkiyə-Ermənistan biznes forumu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər Ararat Mirzoyan deyib.

Türkiyə ilə sərhədin açılmasına dair nikbinliyə əsas verən amillərin nədən ibarət olduğu və yeni danışıqlar aparan şəxsin kimliyi barədə sualı da cavablandıran Mirzoyan qeyd edib ki, ümumiyyətlə dünyada ölkələr arasında danışıqlar prosesi daim davam edir:

“Adətən, danışıqlar yekunlaşana və nəticə əldə olunana qədər bu barədə məlumat açıqlanmır. Türkiyə ilə danışıqlar da istisna deyil, amma biz demək olar ki, hər gün dialoq aparırıq”.

Son dövrün nailiyyətlərindən danışan Mirzoyan Türkiyənin Ermənistanla birbaşa ticarətə qoyulan qadağanı ləğv etdiyini, Ani körpüsünün birgə bərpası və Gümrü-Qars dəmir yolunun yenidən qurulması layihələrini xatırladıb.

Bu kontekstdə erməni nazir görülən işlərin miqyasına şəxsən əmin olmaq üçün Axurikə getməyi tövsiyə edib:

“Türkiyədə keçirilən biznes forumunda iştirak edən sahibkarların nümayəndə heyəti üçün sərhəd qismən açılıb. Forum o qədər uğurlu olub ki, onun davam etdirilməsinə ehtiyac yaranıb. Buna görə də növbəti forum Ermənistanda keçiriləcək”.

Qeyd edək ki, Mirzoyan dünən “Bir gün oyanıb, Türkiyə ilə sərhədin açıldığı” xəbərini oxuya bilərsiniz” demişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR