• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Rusiya Nikoldan tələb edir ki, ona vəzifə versin

DÜNYA

15 Oktyabr 2026 | 18:23 | Müəllif: Subhan Mahmudov

Rusiya Nikoldan tələb edir ki, ona vəzifə versin

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyandan iqtisadiyyat və xarici siyasət sahələrində bir sıra qərara yenidən baxmağı tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” mənbələrə istinadla məlumat yayıb.

“Moskva Rusiya Dəmir Yolları və “Qazprom”un maraqları da daxil olmaqla, Rusiya kapitalına qarşı yönəlmiş addımlardan imtina edilməsində israr edir. Rusiya Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətinə toxunmamağı, AB ilə yaxınlaşma kursuna yenidən baxmağı və rusiyayönlü siyasətçilərin təqibinə son qoymağı tələb edir. Digər bir tələb Moskva üçün məqbul olan şəxsin baş nazirin müavini vəzifəsinə təyin edilməsidir”, - məlumatda deyilib.

Nəşr Paşinyanın “Rosatom” və Rusiya Dəmir Yollarının rəhbərliyi ilə son təmaslarını İrəvanın Moskva qarşısında güzəştlərə getməyə hazır olduğunun mümkün əlamətləri kimi qiymətləndirir./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR