Husi üsyançı hərəkatı Ədəndə prezident sarayında Səudiyyə Ərəbistanı zabitlərinin rəhbərlik etdiyi qərargaha hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Saba" xəbər agentliyi məlumat yayıb.
"Yəmən silahlı qüvvələri Ədəndəki Maaşiq sarayında Səudiyyə zabitləri tərəfindən idarə olunan hərbi əməliyyat qərargahına, eləcə də əlaqəli silah anbarlarına zərbələr endirib", - deyə bildirilib.
Husilərin hücumu zamanı Ədəndəki prezident sarayında olan Yəmən baş naziri və nazirlər xəsarət almayıb.
















