Mayın 16-da yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə köçürülən 18 ailə — 77 nəfərə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
12:54
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 18 ailə - 77 nəfər köçürülüb. Köç edən ailələr indiyədək respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşıblar.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qaytarılması davam etdirilir.
Bakı 




