Şuşada günün ikinci yarısında Xan qızı Natəvanın sarayının qarşısında Xalq artisti Səkinə İsmayılova və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, musiqi axşamında “Rast” dəstğahı səsləndirilib.
Gənc xanəndələr ustadları ilə birgə fərqli bir muğam axşamı təqdim edib. Xalq mahnıları və muğamların ustad ifaçısı Səkinə İsmayılova bu il 70 illik yubileyini qeyd edir.
Azərbaycan xalqı üçün həm musiqi, həm də fəlsəfə olan muğam ifaları ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.
Bakı 












