Almaniyanın "Volksvagen" avtomobil zavodu batareya yanğını riski səbəbindən minlərlə elektrikli avtomobili geri çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.
Geri çağırılma 2023-2025-ci illər arasında istehsal olunmuş VW ID.3, ID.4, ID.7, ID. Buzz və Cupra Born modellərinə aiddir. Avtomobil istehsalçısı hələlik təsirlənən modellərin dəqiq siyahısını rəsmi olaraq açıqlamayıb.
















